İsmayıllı sakinlərindən qanunsuz saxlanılan silahlar götürüldübackend

İsmayıllı sakinlərindən qanunsuz saxlanılan silahlar götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində bir neçə uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan NOCOMMENT.az -a verilən məlumata görə, rayonun Qaraqaya kənd sakini A.Babayevdən İJ, həmkəndlisi V.Abbasovdan TOZ, Buynuz kənd sakini E.Babayevdən və Diyallı kəndində yaşayan O.Baxışovdan İJ markalı qanunsuz saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.