“İsmayıllı” yazısı niyə sökülüb? – Səbəb açıqlandıbackend

“İsmayıllı” yazısı niyə sökülüb? – Səbəb açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonunda “İsmayıllı” sözü yazılmış memarlıq kompozisiyasının sökülməsinin səbəbi açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Rayonun İcra Hakimiyyətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, söküntü Muğanlı-İsmayıllı yolunun genişləndirilməsi ilə əlaqədardır.

Qeyd edilib ki, Muğallı-İsmayıllı- Qəbələ avtomobil yolunun İsmayıllı şəhərindən keçən 41-44-cü kilometrliyində Ərəstun Mahmudov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən dairədə yenidənqurma işlərinin aparılması və yolun genişləndirilməsi nəzərdə tutulub: pizza hut

“İcra hakimiyyəti tərəfindən həmin dairədə texniki təhlükəsizlik tədbirləri görülüb, sözügedən memarlıq kompozisiyası sökülərək ərazidən kənardaşdırılıb”.