İsmayıllıda zavodda ölüm hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə İsmayıllı şəhərinin ərazisində yerləşən “Körpü Bina Tikinti” zavodunda qeydə alınıb.
Orada işləyən Tovuz rayon sakini, 1967-ci il təvəllüdlü Etibar İslam oğlu Hümmətov iş başında qəfil ölüb.
Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır. (Lent.az)










