İspan jurnalist Şumaxerin ailəsindən üzr istəyibbackend

İspan jurnalist Şumaxerin ailəsindən üzr istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyalı jurnalist Antonio Lobato xizək sürərkən keçirdiyi qəzadan sonra təxminən 10 il müalicə alan Formula 1 pilotu Mixael Şumaxerin adını çəkərək qalmaqallı zarafat edib. Lobato veriliş zamanı aparıcının “Red Bull mühəndisi Adrian Newey titrəyə bilər, çünki Antonio Lobato gəlir” sözlərinə cavab verib və əlavə edib: “Mixael da titrəyir! Mixael yox, o titrəyə bilməz” ifadəsini işlədib.

NOCOMMENT.az xəbər verir ki, formula 1 pilotu Mixael Şumaxerlə bağlı qalmaqallı zarafatından sonra Antonio Lobatona qarşı reaksiyalar başlayıb. Reaksiyalardan sonra Lobato çəkdirdiyi video ilə Mixael Şumaxerin ailəsindən və ictimaiyyətdən üzr istəyib.

Lobato Mixael Şumaxerin ailəsinə və ictimaiyyətə müraciət etdiyi videonu paylaşıb.