İspan nazir: Çini görməzlikdən gələ bilmərikbackend

İspan nazir: Çini görməzlikdən gələ bilmərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın İqtisadiyyat naziri Nadia Kalvino Çinin Avropanın gözardı edə bilməyəcəyi mühüm ticarət tərəfdaşı olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Nadia Kalvino Fransa prezidenti Makronun Çinə səfərindən sonra dünya gündəminin diqqət mərkəzində olan Pekin-Avropa əlaqələri ilə bağlı tənqidi açıqlamalar verib.

Avropanın Çinin Ukraynadakı müharibənin sona çatmasına və aşağı gəlirli ölkələrin borclarının yüngülləşdirilməsinə kömək edə biləcək mühüm ticarət tərəfdaşı olduğunu ifadə edən Kalvino, Çinin mühüm geosiyasi oyunçu rolunu görməzlikdən gələ bilməyəcəklərini bildirib.

O, “Biz sadəcə olaraq Çinə arxa çevirib, ona məhəl qoymamağa çalışa bilmərik.” deyə açıqlama verib.

NOCOMMENT.AZ