İspaniya fermerləri Madriddə etiraz aksiyası keçiribbackend

İspaniya fermerləri Madriddə etiraz aksiyası keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madrid şəhər mərkəzinə 5 əsas yoldan daxil olmaq istəyən fermerlərə qubernatorluğun qərarı ilə bir çox nöqtədə jandarma və polis müdaxilə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Təxminən 600 traktordan yalnız 50-nin şəhər mərkəzinə girməsinə icazə verildiyi halda, traktorları ilə şəhərdən kənarda qalan fermerlər Madridin dairəvi yollarını trafikə bağlayıblar.

Fermerlərlə təhlükəsizlik qüvvələri arasında zaman-zaman gərginlik yaşanıb.

Nümayiş üçün Madridə gələn fermerlər və traktorları ilə meydana çıxan fermerlər Kənd Təsərrüfatı, Qida və Balıqçılıq Nazirliyinin binasına doğru addımlamaq istəyiblər.

Lakin icazə verilən yürüş marşrutundan kənara çıxmaq istəyən fermerlərə polis müdaxilə edib.

Həm şəhərin mərkəzində, həm də ətraf yollarda baş verən hadisələr zamanı saxlanılanlar olub.