İspaniya Ukraynaya döyüş təyyarələri göndərməyəcəyini bildiribbackend

İspaniya Ukraynaya döyüş təyyarələri göndərməyəcəyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın müdafiə naziri Marqarita Robles Ukraynaya heç bir döyüş təyyarəsi göndərməyəcəklərini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Polşa və Slovakiya Ukraynaya döyüş təyyarələri göndərəcəklərini elan etdikdən sonra “Avropa İttifaqından (Aİ) digər ölkələr də bunu dəstəkləyirmi?” sualı ətrafında müzakirələr başladı.

Müdafiə naziri Robles qatıldığı bir tədbirdən sonra ispan jurnalistlərə verdiyi açıqlamada, “İspaniya olaraq ittifaq ölkələrinin Ukraynaya kömək etmək üçün verdiyi qərarlara hər zaman çox hörmətlə yanaşırıq. Çünki sonunda bu ölkəyə yardım var. Ancaq İspaniyanın Mövqeyi çox dəqiqdir. Heç bir döyüş təyyarəsi göndərməyəcək. ” dedi.