İspaniyada İslamı qəbul edənlərin sayı artırbackend

İspaniyada İslamı qəbul edənlərin sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada İslama üstünlük verənlərin sayı günü-gündən artır.

NOCOMMENT.az xəbər verir ki, cümə günü daha bir ispaniyalı Qranada şəhərindəki Böyük Məsciddə “Kəlime-i şəhadət” oxuyaraq İslamı qəbul edib.

İspaniyanın cənubundakı Əndəlüs şəhərində son bir neçə ildə bir ispan, demək olar ki, hər cümə günü İslamı qəbul edir.

İspaniya İslam Cəmiyyəti Assosiasiyasının və Qranada Böyük Məscidi Fondunun prezidenti Umar del Pozo “Demək olar ki, hər cümə günü məscidimizdə ispaniyalı müsəlman olur. Xüsusilə pandemiyadan sonra İslamı qəbul edən ispanların sayında ciddi artım var. Bu, bizi sevindirən və qürurlandıran bir vəziyyətdir” deyə açıqlama verib.

NOCOMMENT.AZ