İspaniyada Telegram-ın bloklanması qərarı ləğv edilibbackend

İspaniyada Telegram-ın bloklanması qərarı ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya məhkəməsi servisdə pirat məzmunun yayılması ilə bağlı aparılan araşdırma çərçivəsində Telegram messencerinin ölkədə bloklanması ilə bağlı əvvəllər verdiyi qərarı dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

25 mart 2024-cü il tarixində açıqlanan məhkəmə bəyanatına görə, İspaniya Milli Məhkəməsinin hakimi Santiaqo Pedras polisdən proqram və onun bloklanmasının istifadəçilərə necə təsir edəcəyi barədə hesabat hazırlamağı xahiş edib.

Xatırladaq ki, Milli Məhkəmə Kollegiyasının hakimi Santiaqo Pedras daha əvvəl pirat məzmunun bir çox kanalda paylaşılması halları ilə bağlı araşdırmanın bir hissəsi olaraq bazar ertəsi günündən başlayaraq Teleqramı altı aya qədər bloklamaq barədə göstəriş vermişdi.