İspaniyanın bəzi bölgələrində fövqəladə vəziyyət elan edilibbackend

İspaniyanın bəzi bölgələrində fövqəladə vəziyyət elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın Kataloniya bölgəsində son illərdə artan quraqlıq səbəbindən 24 qəsəbədə fövqəladə vəziyyət elan edilib.

NOCOMMENT.az xəbər verir ki, fövqəladə vəziyyət çərçivəsində kənd təsərrüfatında istifadə edilən suyun yüzdə 80-i və sənaye sularının yüzdə 25-i məhdudlaşdırılacaq.

Hovuzların doldurulması ilə yanaşı, bağ və parkların suvarılması da qadağan ediləcək.

Kataloniya Su Departamentinin direktoru Samuel Reyes, fövqəladə məhdudiyyətlərin kənd təsərrüfatı və sənaye sularından istifadəyə şamil ediləcəyini və içməli suya təsir etməyəcəyini söyləyib.

Su Departamentindən verilən açıqlamada Kataloniyanın cəmi 26 min əhalisi olan 24 qəsəbəsinə təsir edəcək tədbirlərin gələn həftədən qüvvəyə minəcəyi bildirilib.

Məhdudiyyətlərin tətbiq olunacağı şəhərlərdə adambaşına düşən suyun miqdarı gündə 230 litrdən 200 litrə endiriləcək.

NOCOMMENT.AZ