İsrail ABŞ-ın ağ fosforlu sursatlarından istifadə edibbackend

İsrail ABŞ-ın ağ fosforlu sursatlarından istifadə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, İsrail ordusunun Livanı atəşə tutmaqda istifadə etdiyi ağ fosforlu sursat ABŞ tərəfindən təmin edilib. Bu barədə “Washington Post” məlumat yayıb.

“İsrail oktyabrda Livanın cənubundakı hücumlar zamanı ABŞ tərəfindən təchiz edilmiş ağ fosforlu sursatlardan istifadə edib”, – nəşr aydınlıq gətirib.

Məqalədə qeyd olunub ki, bu hücumlar nəticəsində azı 9 mülki şəxs yaralanıb. Jurnalistlərin müəyyən etdiyi kimi, patronlardakı istehsal kodları Pentaqonun istifadə etdiyi nomenklaturaya uyğundur. Qəzetin yazdığına görə, sursat 1989 və 1992-ci illərdə Luiziana və Arkanzas ştatlarının anbarlarında istehsal edilib. Nəşr qeyd edib ki, bu sursat ABŞ-ın İsrailə illik hərbi tədarükünün bir hissəsidir.