İsrail ABŞ-yə yalan deyib?backend

İsrail ABŞ-yə yalan deyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail bizə Rəfahdakı əməliyyatının məhdud xarakterli olacağını demişdi”.

NOCOMMENT.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karin Jan Pyer belə deyib. Bildirib ki, İsrail Birləşmiş Ştatlara Rəfahdakı hərbi əməliyyatla bağlı məlumat verib:

“İsrail bizə Rəfahdakı hərbi əməliyyatın məhdud xarakterli olacağını demişdi. Bu, bölgədə HƏMAS-ın silah, pul qaçaqmalçılığının qarşısını almaq məqsədi daşıyırdı. Biz buradan böyük bir əməliyyatla bağlı narahatlığımızı çox açıq şəkildə bildirdik. Rəfahda bir milyondan çox mülki vətəndaş var. Əmin olmaq istəyirik ki, bölgədə dinc əhali arasında itki yoxdur və olmayacaq”.