İsrail BMT sülhməramlılarının Qəzza zolağına yerləşdirilməsinə hazır deyilbackend

İsrail BMT sülhməramlılarının Qəzza zolağına yerləşdirilməsinə hazır deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Qəzza zolağında BMT sülhməramlılarının yerləşdirilməsi variantına hələ hazır deyil. Bunu RTVI telekanalına müsahibəsində Rusiya Federasiyasının Ümumdünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

Rusiya tərəfi Qəzzada sülhməramlıların görünməsini atəşkəsə doğru ilk addım kimi görür, lakin BMT-dəki bu tələbin ABŞ tərəfindən qarşısı alındığını bildirib.

Diplomat etiraf edib ki, sülhməramlı qüvvələr sonda anklavda peyda ola bilər, lakin bunun üçün tərəflərin razılığı lazımdır. “İsrail açıq şəkildə hələ buna hazır deyil”,- Polyanski bildirib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası hesab edir ki, uzunmüddətli nizamlanmaya yalnız 1967-ci il sərhədləri daxilində iki dövlətin – İsrail və Fələstinin yaradılması ilə nail olmaq olar.