İsrail digər ölkələrdəki səfirliklərinə MÜRACİƏT ETDİbackend

İsrail digər ölkələrdəki səfirliklərinə MÜRACİƏT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hökuməti və Müdafiə Qüvvələri İranın Dəməşqdəki konsulluğuna hücumdan sonra digər ölkələrdəki səfirliklərində və diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə diplomatik korpusların təhlükəsizlik tədbirləri gücləndirlib.

Xarici İşlər Nazirliyi də diplomatlara mesaj çatdırıb və onları diqqətli olmağa çağırıb.

Qeyd edək ki, bu gecə İsrail İranın Suriyanın Dəməşq şəhərindəki konsulluğuna raketlə hücum edib. Zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı və beş hərbi müşavir həlak olub. Hücumda ölənlərin ümumi sayı, son məlumatlara görə, 11-ə yüksəlib. Ölənlər arasında üç suriyalı və bir livanlı da var.