İsrail əsgərləri fələstinli yeniyetməni öldürdübackend

İsrail əsgərləri fələstinli yeniyetməni öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Yerixo şəhərinə basqın zamanı bir fələstinli gənci öldürüb.

NOCOMMENT.az xəbər verir ki, İsrail ordusu Yerixoda Aqaba Cabr qaçqın düşərgəsinə basqın edib.

Fələstin Səhiyyə Nazirliyi basqın zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 17 yaşlı fələstinli Cibril əl-Ledanın başından vurularaq öldürüldüyünü açıqlayıb.

İsrail əsgərlərinin açdığı atəş nəticəsində 3-ü ağır olmaqla 6 fələstinlinin yaralandığı bildirilib.

NOCOMMENT.AZ