İsrail İran iqtisadiyyatını sarsıtmağa cəhd edə bilərbackend

İsrail İran iqtisadiyyatını sarsıtmağa cəhd edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti İbrahim Rəisi deyib ki, İsrail hücuma cavab olaraq İslam Respublikasının iqtisadiyyatını sarsıtmağa cəhd edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Rəisinin sözlərinə görə, İran belə hadisələrə hazırdır. Ölkənin hakimiyyət orqanları iqtisadi sabitliyi dəstəkləmək üçün bütün lazımi tədbirləri dərhal həyata keçirəcək.

İran prezidenti İsrailə qarşı zərbəni güclü, tarixi və qalibiyyətli əməliyyat adlandırıb. O vurğulayıb ki, hazırda İslam Respublikası öz gücünün zirvəsindədir.

Bundan əvvəl İsrail prezidenti İsaak Hersoq yəhudi dövlətinin İranla müharibə axtarmadığını və təmkin nümayiş etdirərək onun hücumuna cavab tədbirləri üzərində çalışdığını bildirib.