İsrail İranla döyüşə hazırdır – Hazırlıqlar tamamlandıbackend

İsrail İranla döyüşə hazırdır – Hazırlıqlar tamamlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Nazirliyi İranla bağlı istənilən mümkün ssenariyə cavab vermək üçün hazırlıqları tamamlayıb.

NOCOMMENT.az qaynarinfo -ya istinadən xəbər verir ki,bu sözləri İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant əməliyyat vəziyyətinin qiymətləndirilməsi ilə bağlı görüşdən sonra deyib.

Qalant vurğulayıb ki, müdafiə nazirliyi İranla bağlı yarana biləcək hər hansı bir ssenari halında cavab vermək üçün hazırlıqları tamamlayıb.

Müdafiə naziri əlavə edib ki, əməliyyat vəziyyətinin qiymətləndirilməsi üçün keçirilən iclasda İsrail Müdafiə Qüvvələrinin Əməliyyatlar İdarəsinin rəhbəri və İDF Kəşfiyyat İdarəsinin rəisi iştirak edib.

Daha əvvəl CNN xəbər vermişdi ki, ABŞ İrandan əhəmiyyətli hücuma hazırlaşır, İsrail və ya Amerikanın Yaxın Şərqdəki obyektləri gələn həftə İran qüvvələri tərəfindən hücuma məruz qala bilər.

Aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdəki diplomatik məhəlləyə hücum edib. Nəticədə İran konsulluğunun binası tamamilə dağıdılıb, Tehran qisas almaqla hədələyir və İsrailin bundan peşman olacağını vəd edir.