İsrail Livanın şərqindəki Baalbek şəhərinə hava zərbəsi endirib backend

İsrail Livanın şərqindəki Baalbek şəhərinə hava zərbəsi endirib 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın hava məkanını zəbt edərək Baalbek şəhərinin kənarına raket zərbələri endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bu ərazilərdə “Hizbullah”ın əsas forpostunun yerləşdiyi bildirilib.

Martın 16-da İsrail Müdafiə Qüvvələri (IDF) Livanda şiə “Hizbullah” hərəkatının bir neçə hərbi obyektinə hücum edib.

Bundan əlavə, İsrail hərbçiləri Livanın Əl-Ləbbun bölgəsində şiə təşkilatına məxsus obyektə hücum edib.