İsrail Rəfahı bombaladı – Mülki şəxslər həlak oldubackend

İsrail Rəfahı bombaladı – Mülki şəxslər həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki əraziyə raket zərbələri endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Hava hücumu nəticəsində iki yaşayış binası dağıdılıb. Hadisədə 16-sı qadın və 6-sı uşaq olmaqla 24 nəfər həlak olub. Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, bundan əvvəl İsrail qırıcıları Fələstin anklavının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsinə də zərbələr endirib. Yeddi mülki şəxs həyatını itirib. Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağında 24 saat ərzində bombardman və top atəşləri nəticəsində 48 nəfər həlak olub, 79-u yaralanıb.