İsrail ordusu indiyədək Qəzza zolağında 700 fələstinlini həbs edibbackend

İsrail ordusu indiyədək Qəzza zolağında 700 fələstinlini həbs edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusunun işğalını genişləndirdiyi Qəzza zolağında indiyədək 700 fələstinlini nəzarətə götürdüyü açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə KAN dövlət televiziyası məlumat yayıb.

Onun hesabında paylaşdığı görüntülərdə Qəzza zolağının şimalında dağıntının ortasında yan-yana düzülmüş yarıçılpaq və alt paltarında onlarla fələstinlinin əlləri bağlı halda görmək mümkündür.

İsrail ordusunun həbs edilən fələstinliləri yarıçılpaq halda hərbi yük maşınının çarpayısında daşıması diqqət çəkir.

İsrailin 7 oktyabrdan bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında ölənlərin sayı 17 min 177-yə yüksəlib.