İsrail Müdafiə Ordusu (SAXAL) və ŞABAK-ın Qəzza zolağının cənubunda keçirdiyi birgə əməliyyat nəticəsində Xamis Məhəmməd Xamis Qattas öldürülüb. İsrail xüsusi xidmət orqanlarının məlumatına görə, o, 7 oktyabr tarixində Nir-Oz kibutsunda törədilən qətliamın birbaşa iştirakçısı olub.
NOCOMMENT.az xəbər verir ki, Qattas Qəzza diviziyasının qüvvələri tərəfindən “sarı xətt” adlandırılan ərazidə İsrail ordusunun mövqelərinə yaxınlaşmağa cəhd edərkən zərərsizləşdirilib. Rəsmi bəyanatda vurğulanır ki, o, hərbçilər üçün birbaşa təhlükə yaradırdı. Oktyabr ayındakı hücumda iştirakı ilə yanaşı, Qattasın müharibə dövründə silahlı qruplaşmaların koordinasiyası, həmçinin İsrail hərbçilərinə və mülki şəxslərə qarşı yeni hücumların planlaşdırılması ilə məşğul olduğu bildirilir.
Sara,
NOCOMMENT.az










