İsrail ordusu Qəzzanın cənubuna hücumları istisna etmirbackend

İsrail ordusu Qəzzanın cənubuna hücumları istisna etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) Ehtiyat Qüvvəsinin sözçüsü Conatan Konrikus bildirib ki, İsrail ordusu heç vaxt Qəzza zolağının cənubuna hücum etməyəcəyinə söz verməyib. Bu barədə TASS məlumat yayıb.

“Vurğulamaq istəyirəm ki, biz fələstinliləri cənuba doğru getməyə təşviq etmişik və etməyə davam edəcəyik. Lakin biz heç bir mərhələdə Qəzzanın cənubuna hücum etməyəcəyimizi bildirməmişik”, – deyə Konrikus bildirib.

O əlavə edib ki, İsrail ordusunun Qəzzada mühüm hərbi obyektləri vuracağı hallar ola bilər.

İDF sözçüsü qeyd edib ki, ordu həqiqətən də əsas döyüşləri və ya əsas əməliyyatlarını Qəzzanın şimalında cəmləyib. Amma bu o demək deyil ki, cənub bölgəsində hücumlar həyata keçirilməyəcək.