İsrail ordusu Xan Yunisdəki Nasser xəstəxanasının boşaldılmasını tələb edibbackend

İsrail ordusu Xan Yunisdəki Nasser xəstəxanasının boşaldılmasını tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunisdəki Nasser xəstəxanasını mühasirəyə alaraq oraya sığınan məcburi köçkün fələstinlilərin xəstəxananı boşaltmasını tələb edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Şahidlərin bildirdiyinə görə, İsrail ordusu “Quadcopter” tipli pilotsuz uçuş aparatları göndərərək, İsrailin hücumlarından qaçaraq xəstəxanaya sığınan köçkün fələstinlilərdən xəstəxananı boşaltmalarını istəyib.

Hadisə şahidləri xəstəxananın ətrafında çoxlu sayda ölü və yaralının olduğunu və İsrail qüvvələrinin sıx atəşi səbəbilə tibb qruplarının bu insanları daşımaqda çətinlik çəkdiyini bildirib.