İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubundakı kəndlərdən birində israilli hərbi qulluqçunun İsa peyğəmbərin heykəlinə qarşı hörmətsizlik etməsini əks etdirən fotoşəkillə bağlı araşdırmalara başlayıb. Sosial şəbəkələrdə sürətlə yayılan fotoda əsgərin heykəlin baş hissəsini parçaladığı görünür.
NOCOMMENT.az xəbər verir ki, ordunun rəsmi nümayəndəsi, polkovnik-leytenant Nadav Şoşani məsələ ilə bağlı “X” sosial şəbəkəsində açıqlama verib. O, qeyd edib ki, hazırda şəklin həqiqiliyi və nə vaxt çəkildiyi yoxlanılır.
“Əgər bu həqiqətən real və yeni çəkilmiş bir fotodursa, sözügedən hərəkətlər SAXAL-ın dəyərlərinə və əsgərlərimizdən gözlənilən davranış qaydalarına qətiyyən uyğun gəlmir”, — deyə Şoşani bildirib. Faktla bağlı xidməti araşdırma davam edir və hadisənin dəqiq baş vermə şəraiti öyrənilir.
Sara,
NOCOMMENT.az











