İsrail Qətəri HƏMASla əməkdaşlıqda ittiham edibbackend

İsrail Qətəri HƏMASla əməkdaşlıqda ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin maliyyə naziri Bezalel Smotriç Qətəri HƏMAS hərəkatını məhv etmək səylərinin qarşısını almaqda ittiham edərək, Dohanın HƏMAS ilə əməkdaşlıq etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, nazir bunu Aşkelonda keçirilən İsrail Müdafiə və Təhlükəsizlik Forumunun konfransında deyib.

“Qətər terroru təşviq edir, terroru maliyyələşdirir, terroru yayır və ikili oyun oynayır”, – deyə Smotriç bildirib.

İsrail Maliyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, Qətər Həmas tərəfindən saxlanılan israilli girovların geri qaytarılmasına “ən böyük maneədir”. “Əgər Qətər Həmas-a bütün girovları geri qaytarmaq üçün ultimatum versə, biz sabah 136 girovun hamısını ala bilərik”, – deyə Smotriç əlavə edib.