İsrailin gələcəyi bu müharibədən asılıdırbackend

İsrailin gələcəyi bu müharibədən asılıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail dövlətinin gələcəyi Qəzzadakı müharibənin nəticələrindən asılıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib. O, İsrail ordusunun Qəzzanın şimal hissəsinə nəzarəti ələ keçirdikdən sonra intensiv quru əməliyyatı mərhələsini bitirdiyini bildirib.

Onun sözlərinə görə, İsrail hərbçiləri tezliklə Qəzza zolağının cənub hissəsinə də nəzarətini genişləndirəcək:

“İsrail dövlətinin gələcəyi bu müharibənin nəticələrindən asılıdır. Qarşımızda duran qəddar düşmən ancaq gücü, hərbi təzyiq dilini başa düşür. Hərbi təzyiq olmadan heç kim bizimlə razılaşma əldə etməyəcək. Biz aydınlaşdırdıq ki, intensiv hərbi quru əməliyyatı mərhələsi təxminən üç ay davam edəcək. Qəzza zolağının şimalında bu mərhələ başa çatıb. Cənubda da bu, tezliklə başa çatacaq”.