İsrailin qaçqın düşərgəsinə basqın: 13 fələstinlini yaraladılarbackend

İsrailin qaçqın düşərgəsinə basqın: 13 fələstinlini yaraladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Yerixo şəhərindəki Cabr Qaçqınlar Düşərgəsinə basqın edib. Basqın zamanı 13 fələstinli yaralanıb.

İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində Yerixo şəhərindəki Aqaba Cabr Qaçqınlar Düşərgəsinə təşkil etdiyi basqında 13 fələstinli yaralanıb.

NOCOMMENT-in məlumatına görə basqında İsrail əsgərlərinin açdığı atəş nəticəsində 13 fələstinlinin yaralandığını, yaralılardan 2-nin isə Əl-İştari Xəstəxanasına aparıldığını bildirib.
Yerli mənbələrin məlumatına görə, İsrail qüvvələri Yerixo şəhərindəki Aqaba Cabr Qaçqınlar Düşərgəsinə basqın edib. İsrail əsgərləri basqın zamanı daş atan fələstinli gənclərə qarşı gözyaşardıcı qazla yanaşı, real və rezin güllələrdən də istifadə ediblər.