İstanbul Birjası işini dayandırdıbackend

İstanbul Birjası işini dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Birjası ticarəti müvəqqəti dayandırmaq qərarına gəlib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Fond bazarlarında, törəmə fond indekslərində və törəmə alətlər bazarında əməliyyatların müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul edilib”, – məlumatda deyilir.

Fevralın 6-da səhər saatlarında Türkiyənin cənub-şərqində 7,7 bal gücündə zəlzələ baş verib. Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu, 1939-cu ildən bəri ən güclü idi. Həmin gün günorta saatlarında 7,6 bal gücündə daha bir zəlzələ baş verib.

Türkiyədə son məlumatlara görə, ölənlərin sayı 7100 nəfərə çatıb, 40 mindən çox yaralı var.

Ərdoğan 7 günlük milli matəm elan edib, təbii fəlakətdən zərər çəkmiş 10 əyalətdə isə 3 aylıq fövqəladə vəziyyət elan edilib.