İstanbul böyük yürüşə hazırlaşırbackend

İstanbul böyük yürüşə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul yeni ilin ilk günü tarixin ən böyük nümayişlərindən birinə şahidlik edəcək.

NOCOMMENT xəbər verir ki, “Şəhidlərə rəhmət, Fələstinə dəstək, İsrailə lənət” yürüşü üçün yüz minlərlə insan Qalata körpüsündə bir araya gələcək. 308 qeyri-hökumət təşkilatının təşkil edəcəyi yürüşlə PKK terroru pislənəcək.

Yeni ilin ilk günündə İstanbuldan dünyaya güclü bir mesaj veriləcək. 12 əsgərini şəhid edən terror təşkilatı PKK və 7 oktyabrdan bəri 20 mindən çox dinc sakini qətlə yetirən İsrail lənətlənəcək.

İsrailin Qəzzada törətdiyi soyqırımına dünyanın hər yerindən reaksiyalar gəlməkdə davam edir. 2024-cü il yanvarın 1-də İstanbulda tarixi yürüş keçiriləcək. Milli İradə Platforması tərəfindən təşkil edilən yürüş üçün insanlar Ayasofya, Sultanəhməd, Süleymaniyyə və Taksim məscidləri ilə Eminönü Yeni Məscidində səhər namazı qılmaq üçün bir araya gələcək. Şəhidlər üçün dualar oxunacaq. Daha sonra saat 08.30-da məscidlərdən Qalata körpüsünə qədər yürüş başlayacaq.