İstanbulda fəaliyyət göstərən azərbaycanlı dermatoloq Zeynep Gürbüz (əvvəlki adı soyadı Zeynəb İsayeva) peşəkar fəaliyyəti və uğurları ilə diqqət çəkən mütəxəssislərdən biridir.
NOCOMMENT.az xəbər verir ki, Zeynep Gürbüz Bakıda anadan olub.
Orta məktəbi Bakıda yüksək nəticələrlə bitirib.
O, ali tibbi təhsilini Türkiyədə davam etdirərək Marmara Universiteti Tibb Fakültəsində təhsil alıb və “Tibb doktoru” ixtisasına yiyələnib.
Daha sonra ixtisaslaşma mərhələsində İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsində dermatologiya üzrə təhsilini tamamlayaraq bu sahədə mütəxəssis olub.
Məlumata görə, həkim ixtisaslaşma dövründə müxtəlif klinik və elmi fəaliyyətlərdə iştirak edib, dermatologiya sahəsində praktiki və nəzəri biliklərini inkişaf etdirib./Oxu24.com/










