İsterik amneziya nədir? – Həkim psixiatr Zaur Qasımov – VİDEObackend

İsterik amneziya nədir? – Həkim psixiatr Zaur Qasımov – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış həkim psixiatr Zaur Qasımov isterik amneziya haqqında danışıb.

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov isterik amneziya nədir? sualına cavab verib.

Çoxlarının maraqlandığı, hər gün soruşduği bir mövzu vardır ki, bunlardan biri də ən çox kinolara baxanda, yaxud tamaşalara baxanda, bədii əsərlər oxuyanda elə bir şeylərlə rastlaşırlar.

Hər hansı bir hadisə keçirdi və ya xəsarət aldı ondan sonra yaddaşını tam itirdi. Aylarla, həftələrlə heç kimi tanımadı, hec kimlə ünsiyyət qurmağı bacarmadı yaxud naməlum bir şəraitdə oldu.

Bunun çox vaxt kinolarda, ədəbiyyatda göstərirlər ki, bunlar aldığı kəllə beyin travması xəsarəti ilə bağlıdır. Heç də bu belə deyil. Tibbdə bunu isterik amneziya ilə əlaqələndirmək olar.

Belə şəxslər hər hansı güclü bir psixi travma aldıqdan sonra hər şeyə unutqanlıq, tanımama, beyin sanki özünü qorumaq üçün hər şeyi sanki silir. Bir müddət müalicə apardıqdan sonra hər şeyi olduğu kimi xatırlaya bilirlər.