İstilər səbəbindən elan edilən iki günlük tətil Tehranı demək olar ki, “boş” qoydubackend

İstilər səbəbindən elan edilən iki günlük tətil Tehranı demək olar ki, “boş” qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda həddindən artıq istilər səbəbiylə bu gündən etibarən iki günlük tətil elan edildikdən sonra ölkənin mərkəzi bölgələrindəki insanlar şimala gedərkən paytaxt Tehran gündüz saatlarında sakitliyi ilə diqqət çəkib.

NOCOMMENT.az xəbər verir ki, paytaxtda havaların isti keçməsi ilə əlaqədar insanlar gecə saatlarında çölə çıxmağa üstünlük verirlər, gündüzlər işi olanlar isə saat 11:00-a kimi işlərini bitirib qapalı məkanlara üz tuturlar.

Ümumilikdə şəhərin bir çox yerindəki yerlər bağlansa da, “Tehran Qapalı Bazar”ındakı satıcılar işlərini davam etdiriblər. Bu səbəbdən paytaxtın və ölkənin mühüm ticarət mərkəzi olan Bazarda izdiham çox dəyişməyib.

NOCOMMENT.AZ