İstirahət günlərində milli parklarda hava necə olacaq?backend

İstirahət günlərində milli parklarda hava necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstirahət günlərində (aprelin 29-30-da) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, Samur–Yalama Milli Parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin aprelin 30-da axşam arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək, aprelin 30-da axşam arabir güclənəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 15-18° isti olacaq.

Altıağac Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin aprelin 30-u axşam arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək, aprelin 30-da axşam arabir güclənəcək. Havanın temperaturunun gecə 7-10°, gündüz 15-17° isti olacağı proqnozlaşdırılır.

Ağgöl Milli Parkında hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi, lakin aprelin 30-da axşam yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13°, gündüz 21°-dək isti olacağı bildirilir.

Qızılağac Milli Parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin aprelin 30-da gündüz çiskin olacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-15°, gündüz 21-26° isti olacağı ehtimal edilir.

Göygöl Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında yağış yağacağı proqnozlaşdırılır. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək, aprelin 30-da axşam arabir güclənəcək. Havanın temperaturunun gecə 6-10° , gündüz 15-18° isti olacağı ehtimalı var.

Şirvan Milli Parkında mülayim, sabit, əsasan yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12°, gündüz 24-27° isti olacaq.

Hirkan Milli Parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin aprelin 30-da gündüz çiskin olacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-15° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

Milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir. Milli parklarda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür.