İsveç dövlət radiosu “Twitter”də fəaliyyətini dayandırdıbackend

İsveç dövlət radiosu “Twitter”də fəaliyyətini dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç dövlət radiosu SR sosial media hesabındakı Twitter-də fəaliyyətini dayandırdığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən sosial media meneceri Kristian Qillinger 2017-ci ildən etibarən Twitter hesablarında paylaşımları azaltdıqlarını və indi bunu tamamilə dayandırmağa qərar verdiklərini bildirib.

“Twitter”in illər ərzində dəyişdiyini qeyd edən Qillinger, “Bu səbəbdən “Twitter” bizim üçün daha az əhəmiyyət kəsb edib. İnternet Fondunun keçən il “İsveçlilər və İnternet” hesabatı göstərir ki, isveçlilərin yalnız 7 faizi “Twitter”dən gündəlik istifadə edir.” deyə açıqlama verib.

NOCOMMENT.AZ