İsveç hökuməti Rusiyanı dəstəklədiyi üçün Maliyə yardımı dayandırırbackend

İsveç hökuməti Rusiyanı dəstəklədiyi üçün Maliyə yardımı dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç hökuməti Rusiya qoşunlarının Ukraynadan çıxarılması ilə bağlı BMT Baş Assambleyasının qətnaməsinə səs verməkdən imtina etdiyi üçün Maliyə yardımı dayandırmaq niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə krallığın yardım və xarici ticarət naziri Yohan Forsselin bəyanatına istinadən yerli TV4 telekanalı məlumat yayıb.

Rəsmi xatırladıb ki, Stokholm son 10 ildə Bamakonu dəstəkləyib. Bu müddət ərzində İsveç Malinin köməyinə 3,5 milyard İsveç kronu (təxminən 352 milyon dollar) ayırıb.

“Biz başqa ölkələrlə əməkdaşlıq edəndə onların da İsveçlə əməkdaşlıq etmək istəməsini istəyirik, lakin bunun əvəzində Mali Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyir”, – Forssel bildirib.