İsveç rəsmi olaraq NATO-nun üzvü oldubackend

İsveç rəsmi olaraq NATO-nun üzvü oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin NATO-ya daxil olması haqqında protokol rəsmən qüvvəyə minib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb. Baş nazir Ulf Kristersson alyansa üzv olmaq barədə müqaviləni ABŞ hökumətinə təqdim təqdim edib.

“İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ikinci maddəsində göstərilən qüvvəyə minmə şərtləri yerinə yetirilib”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, İsveç 7 mart 2024-cü il tarixindən etibarən rəsmi olaraq NATO-ya üzv olan 32-ci dövlətdir. İsveçin bayrağı martın 11-də NATO-nun Brüsseldəki mənzil-qərargahında qaldırılacaq. Mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristersson iştirak edəcək.