İsveçdən NATO üzvlüyü ilə bağlı AÇIQLAMAbackend

İsveçdən NATO üzvlüyü ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Kristersson Türkiyənin İsveçin NATO üzvlüyünü təsdqləmədiyini məsuliyyətsiz bir addım kimi görmədiklərini bildirib.

Terror qanununun 1 iyunda qüvvəyə minəcəyini ifadə edən Kristersson, “O zaman Türkiyəyə verdiyimiz sözləri yerinə yetirmiş olacağıq” deyə açıqlama verib.

İsveçin NATO üzvlüyü prosesi ilə bağlı “Aftonbladet” qəzetinə açıqlama verən Kristersson Finlandiyanın NATO üzvlüyünün təsdiqlənməsinə sevindiyini bildirib.

NOCOMMENT.AZ