İtaliyanın baş naziri Melonidən Rusiyaya ‘taxıl’ reaksiyasıbackend

İtaliyanın baş naziri Melonidən Rusiyaya ‘taxıl’ reaksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya taxıl dəhlizi sazişindən çıxdığını elan etdikdən sonra bir-birinin ardınca reaksiyalar gəlməkdə davam edir. 

NOCOMMENT.az xəbər verir ki, İtaliyanın baş naziri Corciya Meloni də yazılı açıqlama ilə qərara münasibət bildirib.

Rusiyanın müqaviləni dayandırma qərarının daha kasıb ölkələr üçün kimin dost, kimin düşmən olduğunun bir daha sübutu olduğunu vurğulayan Meloni: “Dünyanı qidalandıran xammaldan silah kimi istifadə etmək insanlığa qarşı növbəti cinayətdir”.

Qeyd edək ki, Kreml dünyanı mümkün ərzaq böhranından qorumaq üçün yaradılan taxıl dəhlizi müqaviləsinin müddətinin başa çatdığını bildirib.

NOCOMMENT.AZ