TƏBİB: Zaqatalada dönərdən zəhərlənənlərin vəziyyəti orta-ağırdırbackend

TƏBİB: Zaqatalada dönərdən zəhərlənənlərin vəziyyəti orta-ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 5-i uşaqdır.

“Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir”, – deyə qeyd olunub.