İtaliyanın Milan şəhərində Heydər Əliyevin anım mərasimi keçirilibbackend

İtaliyanın Milan şəhərində Heydər Əliyevin anım mərasimi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Milan şəhərində Ulu öndər, Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Tədbir Azər baycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və “Neapol-Bakı Assosasiyası”nın təşkilatçılığı ilə keçirilir.

Assosiasiyanın vitse prezidenti Elnur Camalxanovun NOCOMMENT.az-a verdiyi məlumata görə mərasimdə diplomatik korpusun nümayəndələri, Milanda yaşayan azərbaycanlı və yerli tələbələr, elm, incəsənət xadimləri və iş adamları iştirak ediblər.

Assosiasiyanin prezidenti Cuzeppe Kanilya italiya Azərbaycan münasibətlərinin formalaşmasında Dahi liderin əməyini xüsusi vurğulayıb.

Milli məclisin deputatı, Azərbaycan İtaliya parlamentlərarasi qrupun üzvü Vüqar Bayramov Avropayla enerji münasibətlərində, xüsusən də İtaliya ilə iqtisadi diplomatik əlaqələrdə Ulu Öndərin rolunu xüsusi vurğulayib və gələcək perspektivlərdən danisib. O, həmçinin 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsindən və İtaliyanın döyüşlər zamani ölkəmizə verdiyi dəstəkdən bəhs edib.

Daha sonra Ulu öndər, Ümuilli lider Heydər Əliyevdən bəhs edən “Xilaskar ömrü” sənədli filmi nümayiş olunub.

Qeyd edək ki,”Neapol-Bakı Assosasiyası”nın İtaliyan dilinə tərcümə etdiyi filmi ARB Media qrupun Aranfilm Yaradıcılıq Mərkəzi lentə alıb.