İtkin düşdüyü bildirilən Vətən müharibəsi iştirakçısı saxlanıldı – Fotobackend

İtkin düşdüyü bildirilən Vətən müharibəsi iştirakçısı saxlanıldı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyanda itkin düşdüyü bildirilən Vətən müharibəsi iştirakçısı saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, Kamran Dadaşzadənin itkin düşməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir:

“K.Dadaşzadə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri ərazisində saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanıb. Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə K.Dadaşzadə 30 sutka inzibati qaydada həbs edilib”.