Şok xəbərdarlıq: bu qidaları yeməyin, xərçəng nədən yaranır?backend

Şok xəbərdarlıq: bu qidaları yeməyin, xərçəng nədən yaranır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün mövsümü olmayan çiyələyi, gilası, şaftalını və s. qış aylarında piştaxtalarda gördüyümüzü nəzərə alsaq, onun tərkibi barədə sual etməliyik. Bu gün gilas və yaxud üzüm hansı şəraitdə yetişdirildi ki, artıq piştaxtadadır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Ölkə.Az-a açıqlamasında qida mütəxəssisi İlkin Şirinov deyib. O, yetişmə dövründən daha əvvəl satışda gördüyümüz meyvə-tərəvəzin zərərləri barədə danışıb:

“Yerdə qar var, amma piştaxtada üzüm görürük. Dəfələrlə şahidi olmuşam ki, eyni meyvə-tərəvəz aylardır piştaxtada olduğu kimi qalır. Məhsul əgər təbiidirsə, tərkibində GMO (geni modifikasiya olunmuş) yoxdursa, hər hansı bir kimyəvi çarpazlaşmadan əmələ gəlməyibsə, niyə xarab olmur?! Atalarımızın bir misalı var: qurd yeyən meyvəni ye. Araşdırmaq lazımdır ki, bu məhsulların tərkibində nə qədər kimyəvi qatqılar var ki, onlara heç bir həşərat yaxın gəlmir.

Məsələ yenə GMO-da dayanır. Bu, bir bəladır və artıq səhiyyəmiz də bunun haqqında həyəcan təbili çalır ki, GMO-lu məhsullardan az istifadə edin. Fikir versəniz, bu gün satışda olan çiyələklər az qala alma böyüklüyündə və demək olar ki, hamısı standart boydadır. Nə dadı olur, nə də qoxusu.

Toyuq broyleri olduğu kimi artıq meyvə-tərəvəzin də “broyler”i var. Hamısı bir-birinə oxşayır və günlərlə, aylarla xarab olmur”.

Qidaların yetişdirilməsində torpaq-günəş ünsürünün unudulmaq üzrə olduğunu deyən mütəxəssis insanlara ehtiyatlı olmaları barədə xəbərdarlıq edib:

“Bu gün Azərbaycan kəndlisinin GMO-lu məhsullara ehtiyacı yoxdur. Çünki torpağımızın altı da, üstü də qızıldır. Bu gün meyvə-tərəvəz yetişdirilməsində torpaq günəş ünsürü artıq yaddan çıxıb.

Bu yaxnlarda pomidor əkinində bu tərəvəzin sarı və tünd qara rəngdə olduğunun şahidi oldum. Bu, artıq həmin tərəvəzin tərkibində kimyəvi məhsulların çoxluğundan və yaxud hansı həddə olduğunu bilməməkdən irəli gəlir. Bu mövzuda istehlakçıların maariflənmə məsələsini də intensivləşdirmək lazımdır ki, insanlar GMO-nun fəsadlarından məlumatlı olsunlar. Bu gün yaxın çevrəmizdəki insanlar arasında az qala hər 5 nəfərdən biri onkoloji xəstəlikdən əziyyət çəkir. Bu həmin o kimyəvi qidalanmanın nəticəsidir.

Bundan əlavə, hazırkı dövrdə uşaqlarda və böyüklərdə dəri allergiyası var. Məsələn, deyirlər ki, uşaq çiyələyi yedi, allergiya verdi. Niyə allergiya oldu? Böyüklər arasında da dəridə qaşınma, şişlər əmələ gəlir. Bu, meyvə-tərəvəzdə kimyəvi qatqıların olmasının nəticəsidir. Hər meyvə-tərəzi öz mövsümündə yemək yaxşıdır”.

İ.Şirinov söyləyib ki, meyvə-tərəvəzlərdən qəribə tam gəlməsi, GMO və digər kimyəvi maddələrin çoxluğunun nəticəsidir:

“Yəqin ki, qış vaxtı xiyar alarkən balıq tamı verdiyini hiss edənlər olub. Çünki bu tərəvəzlərin soyuğadavamlılığını artırmaq üçün xüsusi kimyəvi maddələrdən istifadə edirlər.

Dövrümüzdə qarpızdan zəhərlənmələr də çox olur. Qarpızın tərkibində azot gübrəsinin həddindən çox olması, zəhərlənməyə səbəb olur. Bütün bunları nəzərə alaraq bir daha müştəriləri həmin məhsulların görünüşünə yox, tərkibinə, ən azından dadına fikir verməyə çağırıram. GMO məhsullar həddindən artıq böyük olur.

Ola bilər yerli məhsullar görünüşcə yaxşı olmasın, amma təbii məhsullara üstünlük vermək lazımdır.

Ən çox hamilə xanımlara tövsiyə edirəm ki, bu meyvə-tərəvəzlərdən istifadə edərkən son dərəcə ehtiyatlı olsunlar ki, körpənin sağlamlığında müəyyən problemlərə, raxitlik əlamətlərinə gətirib çıxarmasın.

Mütəxəssis meyvə-tərəvəzi kimyəvi vasitələrdən təmizlənməsi üçün sirkəli suda saxlamaq barədə tövsiyələrin əsası olmadığını deyib:

“Bu yaxınlara dedilər ki, çiyələyi bir saat sirkəli suda saxlayanda çöküntüsü olur. Bu bizi nədən sığortalayır? Buna hansısa mütəxəssis və ya laboratoriya rəy veribmi? Kim deyə bilər ki, bunu edəndə hansısa bir fəsadı olmayacaq. Sirkə məsələsi bir növ sığorta məqsədi daşıyır, amma bunun tərəfdarı deyiləm”.

Ev şəraitində meyvə-tərəvəzin, bitkilərin dərmanlama mövzusundan danışan İ.Şirinov bildirib ki, bu işi görərkən mütəxəssislə məsləhətləşmək, lazımi dərmanları laboratoriyadan almaq lazımdır:

“Bunu kustar üsulla hazılayıb etmək düzgün deyil. O dərman gedib çiçəyin özəyinə düşərsə, artıq yetişən meyvənin tərkibində dərman olacaq. Bu da fəsadını verəcək. Ev şəraitində dərmanlamaya görə heç kim cavabdeh deyil”.