İtkin düşən azərbaycanlı Fransada ölü tapıldıbackend

İtkin düşən azərbaycanlı Fransada ölü tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əslən Azərbaycandan olan Gürcüstan vətəndaşı Fransada ölü tapılıb.

NOCOMMENT Oxu.az-a istinadən xəbər verir ki, 30 yaşlı Qaracayev Elbrusun itkin düşməsi barədə 10 ay əvvəl xəbər yayılıb. Kvemo-Kartli bölgəsindən olan azərbaycanlı Fransanın qərbində yerləşən Nant şəhərində itkin düşüb. On ay ərzində ailəsi, dostları və yerli polis onun axtarışı ilə məşğul olublar.

Fransa polisi hadisə ilə bağlı 19-22 yaş arası altı nəfəri saxlayıb. Onlardan üçü qəsdən adam öldürməkdə, üçü isə avtomobil yandırmaqda ittiham edilir.

Şübhəlilərdən biri E.Qaracayevin meyitinin olduğu yer barədə məlumat verib. Ekspertiza meyitin üzərində çoxsaylı yara izi aşkarlayıb. Şübhəli şəxslər cinayəti törətdiklərini etiraf ediblər.