İtkin düşən azyaşlı tapıldıbackend

İtkin düşən azyaşlı tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa rayonunda itkin düşən azyaşlı tapılıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 6-sı axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Ağstafa rayonunun Göycəli kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə 2020-ci il təvəllüdlü uşağın itkin düşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xüsusi təlim keçmiş it cəlb olunmaqla axtarış-xilasetmə işlərinə başlanılıb. Fasiləsiz olaraq həyata keçirilmiş axtarış tədbirləri nəticəsində xilasedicilər tərəfindən azyaşlı səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.