İtkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib – FOTObackend

İtkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun itkin düşən gizirinin şəhid olduğu məlum olub.

NOCOMMENT-in məlumatına görə, müharibədə iştirak edən 1994-cü il təvəllüdlü, Şəmkir rayonunun Əliyaqublu kənd sakini, XTQ giziri Babək Səhman oğlu Namazovun şəhid olduğu müəyyənləşib.

B.Namazov oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşüb. Yaxınları uzun müddətdir ondan xəbərsiz idi.