İTV-nin baş direktoru vəzifəsinə namizədliklə bağlı şərtlər açıqlandıbackend

İTV-nin baş direktoru vəzifəsinə namizədliklə bağlı şərtlər açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədilə sənəd qəbulu elan edir.

NOCOMMENT xəbər verir ki, namizədlərə dair şərtlər belədir:

– Namizəd Azərbaycan vətəndaşı olmalıdır;
– Namizəd ali təhsilli olmalıdır;
– Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri mayın 6-dan mayın 15-dək Audiovizual Şuraya (ünvan: Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, 315; telefon: 012-598-36-59) təqdim etməlidirlər:

Ərizə;
Tərcümeyi-hal;
Şəxsiyyət vəsiqəsinin surəti;
Əmək kitabçasının surəti;
Kadrların şəxsi uçot vərəqi (doldurulmalı və üzərinə fotoşəkil vurulmalı);
Ali təhsil haqqında dövlət sənədinin (diplomun) surəti.