İYİ partiya seçkilərdə öz namizədlərini çıxaracaqbackend

İYİ partiya seçkilərdə öz namizədlərini çıxaracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İYİ Parti sözçüsü Kürşad Zorlu Baş Assambleyadan sonra partiyanın 81 vilayətdə namizəd irəli sürəcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Millət Alyansını ləğv edən İYİ Parti orqanlarında məsləhətləşmələrdən sonra qərarını verib. Meral Akşenerin seçkilərə öz kadrları ilə qatılacağını açıqlamasından sonra partiya orqanları da qərarı təsdiqləyib.

Kürşad Zorlu “31 mart 2024-cü ildə keçiriləcək yerli seçkilərdə 81 vilayət və rayonda partiyamızın namizədlərinin təşkilatımızın rəyləri, eləcə də ictimaiyyətin meylləri nəzərə alınaraq müəyyən edilməsinə qərar verilib” deyə bildirib.