İzlər Rusiyaya aparır: Ukrayna və Moldovada sifarişli qətllərin qarşısı alındı – DETALLARbackend

İzlər Rusiyaya aparır: Ukrayna və Moldovada sifarişli qətllərin qarşısı alındı -DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Baş Prokurorluq Ofisi Moldova tərəfdaşları ilə birgə həyata keçirilən əməliyyat nəticəsində tanınmış Ukrayna və xarici vətəndaşlara qarşı sifarişli qətllər hazırlayan mütəşəkkil cinayətkar qrupun ifşa edilməsi ilə bağlı detalları açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, istintaq çərçivəsində indiyədək 10 nəfər saxlanılıb. Onlardan yeddisi Ukraynada, üçü isə Moldovada tutulub. Saxlanılanlar arasında qrupun təşkilatçısı da var.

Məlumatda bildirilir ki, cinayətkar qrupun üzvlərinə şübhəli şəxs qismində ittiham irəli sürülüb və barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət hazırlanır.

İstintaqın məlumatına görə, şəbəkə üzvləri Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstəriblər. Onlar potensial qurbanların hərəkət marşrutları, yaşayış yerləri və həyat tərzi barədə məlumat toplayaraq, sonradan onların fiziki cəhətdən aradan götürülməsini planlaşdırıblar.

Baş Prokurorluq Ofisinin açıqlamasında qeyd olunub ki, hər bir qətl üçün Rusiya tərəfi icraçılara 100 min ABŞ dollarına qədər pul vəd edib. Məbləğ qurbanın tanınmışlığı və nüfuzundan asılı olub.

Hüquq-mühafizə orqanları müəyyən edib ki, qrup ən azı beş ictimai şəxsin öldürülməsini planlaşdırıb. Potensial hədəflərdən biri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin strateji kommunikasiya üzrə nümayəndəsi, Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının sədr müavini Andrey Yusov olub.

Aliyə
NOCOMMENT.az