Ukraynada müharibə daha 3 il davam edə bilər – Avropa rəsmiləri AÇIQLADIbackend

Ukraynada müharibə daha 3 il davam edə bilər – Avropa rəsmiləri AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibənin daha bir ildən üç ilə qədər davam etməsi ehtimal olunur.

NOCOMMENT.az xəbər verir ki, bunu Avropa rəsmiləri “The Wall Street Journal”a anonim şəkildə bildiriblər.

Onların fikrincə, Rusiya danışıqlarda “səmimi davranmır” və bu prosesi cəbhədə əldə edə bilmədiyi uğurları diplomatik yollarla qazanmaq üçün istifadə etməyə çalışır. Məqsədin əsasən Donbas ərazilərini əldə etmək olduğu bildirilir.

Yüksək vəzifəli ukraynalı rəsmilərdən biri isə qeyd edib ki, danışıqların əsas məqsədi ABŞ-nin Prezidenti Donald Trampı inandırmaqdır ki, müharibənin davam etməsində problem Ukrayna deyil.

WSJ yazır ki, Moskva da oxşar mövqedədir. Hər iki tərəf danışıqlarda eyni məqsədi güdür: Trampın qəzəbinə tuş gəlməmək. Çünki bu, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və ya Ukraynaya yardımların azaldılması ilə nəticələnə bilər.

Məqalədə qeyd olunur ki, ABŞ-nin vasitəçiliyi ilə bu həftə Cenevrədə keçirilən danışıqlar da əvvəlkilər kimi real nəticə vermədən başa çatıb.

“Bu il keçirilən digər görüşlərdə olduğu kimi, heç bir tərəf real irəliləyiş göstərə bilmədi. Optimist diplomatik bəyanatlar, bir çox müşahidəçi və hətta bəzi iştirakçıların fikrincə, siyasi teatra çevrilmiş sülh prosesindəki durğunluğu gizlədir”, – deyə yazıda vurğulanır.

Sara
NOCOMMENT.az