İzmirdə narkotik əməliyyatında 52 şübhəli həbs olundubackend

İzmirdə narkotik əməliyyatında 52 şübhəli həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis qruplarının İzmirin 4 fərqli rayonunda təşkil etdiyi narkotik əməliyyatında 52 şübhəli həbs edilib.

NOCOMMENT xəbər verir ki, İzmir İl Təhlükəsizlik Müdirliyi Narkotik Suçlarla Mübarizə Şöbəsi qrupları, kəşfiyyat Şöbəsinin dəstəyi ilə Aliağa, Bergama, Menemen və Torbalıda narkotik ticarəti edən şübhəliləri təqib etdi. 3 aylıq işdən sonra 200 komanda və 5 xüsusi əməliyyat qrupu olmaqla 550 şəxsi heyətlə əməliyyat keçirilib.

1 polis helikopterinin havadan dəstək verdiyi əməliyyatda 10 narkotik itindən istifadə edilib; 3 min 750 qram metamfetamin, 650 qram sirr, 4 min 737 ədəd sintetik həb, 115 ədəd narkotik həb, 62 ədəd sirr kökü, 4 ədəd həssas tərəzi ələ keçirilib. Bundan başqa, əməliyyat çərçivəsində 19 ədəd sənədsiz tapança və tapançaların hazırlanmasında istifadə olunan materiallar, 2 ədəd ov tüfəngi, 40 ədəd patron və 52 ədəd sikkə götürülüb. Əməliyyat çərçivəsində 52 nəfər həbs edilərkən, 13 şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.